MDB
Rusiyadan benzin ixracı qadağan edildi: Səbəb bəllidir
Rusiya hökuməti daxili yanacaq bazarında sabitliyi qorumaq üçün kəskin addım ataraq aprelin 2-dən etibarən benzin ixracına rəsmi qadağa tətbiq edib.
Publika.az xəbər verir ki, hökumətin rəsmi saytında yayılan məlumata görə, birbaşa istehsalçıları hədəf alan bu məhdudiyyətlər 2026-cı il iyulun 31-nə qədər qüvvədə qalacaq.
Rəsmi qurumlar bu qərarı kənd təsərrüfatı işləri ilə bağlı mövsümi tələbatın artması, həmçinin İsrail və ABŞ-ın İrandakı əməliyyatları fonunda dünya bazarında neftin bahalaşması ilə əsaslandırırlar.
Vəziyyətin ciddiliyini ötən həftə keçirilən iclasda baş nazirin müavini Aleksandr Novak da təsdiqləyərək, daxili bazarda sabitliyin qorunması üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulamışdı. Digər tərəfdən, son vaxtlar Rusiyanın neft emalı zavodlarına edilən dron hücumları və bunun nəticəsində yaranan plansız təmir işləri də qadağanın qəbul edilməsində həlledici rol oynayıb.
Qeyd edək ki, bu qərar beynəlxalq hökumətlərarası sazişlər üzrə reallaşan tədarüklərə şamil edilməsə də, rəsmi dərc olunduğu andan qüvvəyə minmiş hesab olunur.
Adəm
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi








































.jpg)
