Nida Xəbər
Mais Bərxudarov görün kimlərlə görüşdü - FOTO
Azərbaycan müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü, Vətən müharibəsinin komandanlarından biri, “Qarabağ” ordenli general-leytenant Mais Bərxudarov ABŞ-dən gəlmiş hərb sahəsi üzrə alimlərlə görüşüb.
Publika.az “Yeni Sabah”a istinadla xəbər verir ki, generalla görüşdə iştirak edənlər West Point Hərbi Akademiyasının professoru Con Spenser və onunla birlikdə işləyən başqa bir mütəxəssisdir.
Onlar hər ikisi ehtiyatda olan hərbçidir və 2021-ci ildə Şuşaya səfər ediblər.
Amerikalı ekspertlər bir neçə aydır Azərbaycana mütəmadi olaraq gəlib-gedirlər.
“Onlar 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror əməliyyatları haqqında ingilis dilində kitab yazıblar. Kitab hərbi kolleclər və ingilisdilli Qərb akademiyaları üçün nəzərdə tutulub. Artıq bir neçə aydır ki, kitab üzərində iş gedir. Bu müddət ərzində 5-6 dəfə işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Bu səfər isə sonuncu idi”, – deyə görüşdə iştirak edən azərbaycanlı hərbi jurnalist Heydər Mirzə “Yeni Sabah”a bildirib.
Görüşdə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov da iştirak edib.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi


































