Nida Xəbər
BMT-nin rezident əlaqələndiricisi ilə ANAMA-da görüş keçirildi - FOTO
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüş keçirib.
Publika.az xəbər verir ki, görüşdə işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı, həyata keçirilən layihələr barədə qonağa məlumat verilib.
Görüş zamanı Azərbaycan hökuməti ilə BMT arasında imzalanmış BMT-nin 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi ətrafında fikir mübadiləsi aparılıb.
Vüqar Süleymanov ölkədə səlahiyyət müddəti başa çatan rezident əlaqələndiricinin Azərbaycandakı fəaliyyəti dövründə humanitar minatəmizləmə sahəsində göstərdiyi faydalı əməkdaşlığa görə təşəkkürünü ifadə edib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Vladanka Andreyeva Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə sahəsində ANAMA ilə BMT arasında sıx əməkdaşlığın mövcudluğunu qeyd edib, həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması fəaliyyətində uğurlar arzulayıb.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi


































