Nida Xəbər
Əlahiddə Ümumqoşun Ordunun 12-ci ildönümü qeyd olundu - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Təlim və Tədris Mərkəzində ƏÜO-nun yaradılmasının 12-ci ildönümü ilə əlaqədar təntənəli tədbir keçirilib.
Publika.az xəbər verir ki, Müdafiə Nazirliyinin və ƏÜO-nun şəxsi heyətinin, eləcə də digər qonaqların iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarını salamlayan ƏÜO komandanı general-leytenant Kənan Seyidov müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdırıb, əlamətdar gün münasibətilə kollektivi təbrik edib və onlara fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Sonra Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu prosesini, ötən müddətdə aparılan islahatları əks etdirən videoçarx nümayiş etdirilib.
ƏÜO-nun Təlim və Tədris Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə milli rəqslər, vətənpərvərlik mahnıları ifa edilib.
Sonda xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular və mülki işçilər mükafatlandırılıb.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi


































