Nida Xəbər
Ermənistana yanacaq daşıyan yük qatarı Gürcüstana yola salındı - VİDEO
Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra Dövlət Neft Şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq qonşu ölkəyə yerli mənşəli neft yükünün tədarükü həyata keçirilir.
Publika.az "Report"a istinadla xəbər verir ki, bu gecə saat 01:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı 4 saat sonra Gürcüstana yola salınıb.
Yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi



































