İran bəyan etdi: Bu qəddar dövrün təkrarlanmasına dözməyəcəyik
Bizi izləyin

Dünya

İran bəyan etdi: Bu qəddar dövrün təkrarlanmasına dözməyəcəyik

İran bəyan etdi: Bu qəddar dövrün təkrarlanmasına dözməyəcəyik

“Biz müharibə, danışıqlar, atəşkəs və sonra eyni dövrün təkrarlanmasından ibarət bu qəddar dövrə dözməyəcəyik”.

Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

O, davam edən münaqişəni yalnız İran üçün deyil, bütün region və onun hüdudlarından kənar üçün də fəlakətli adlandırıb.

Bəqayi əlavə edib ki, ABŞ və İsrailin hücumları davam etdiyi müddətdə İran cavab verməyə davam edəcək. O həmçinin vurğulayıb ki, Tehran Fars körfəzi qonşularını düşmən hesab etmir.

“Biz dəfələrlə bildirmişik ki, onlarla yaxşı qonşuluq münasibətlərimizi davam etdirməkdə qərarlıyıq. Problem ondadır ki, ABŞ və İsrail onların ərazilərindən İrana qarşı hərbi hücumlar həyata keçirmək üçün istifadə edir. Bu, İran xalqına zorla qəbul etdirilmiş ədalətsiz müharibədir. Güclü şəkildə cavab verməkdən başqa seçimimiz yoxdur,” - deyə Bəqayi qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm