Nida Xəbər
Azərbaycandan benzin aparan qatar Gürcüstan-Ermənistan sərhədini keçdi
1300 ton Azərbaycan Aİ-95 benzini (yüksək oktanlı yanacaq) daşıyan yük qatarı Gürcüstan-Ermənistan sərhədini (Ayrum stansiyası) keçib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial mediada məlumat verib.
Əvvəllər bildirilirdi ki, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin 28 noyabrda Qəbələdə keçirilən görüşdə əldə etdikləri razılaşmalara uyğun olaraq, SOCAR neft məhsullarının ilk partiyasını daşıyan 22 vaqonlu yük qatarı Azərbaycandan Ermənistana yola düşüb.
Papoyanın dəqiqləşdirdiyi kimi, benzinlə dolu 22 vaqon artıq Ermənistan tərəfindədir.
Qeyd etmək lazımdır ki, yanacaq Bakıdan dəmir yolu xətti ilə Gəncəyə, daha sonra Böyük Kəsikdən keçərək Gürcüstan sərhədinə (təxminən 500 km), oradan isə Qardabanidən Tbilisiyə və daha sonra Ermənistan sərhədinə (Sadaxlı - Ayrum) çatdırılıb.
Tural
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































