Nida Xəbər
Azərbaycanla ABŞ arasında mühüm iclas keçirildi
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının (STX) hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
İclas onlayn formatda və tam tərkibdə keçirilib. Azərbaycan tərəfindən işçi qrupuna xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfindən isə dövlət katibinin müavininin köməkçisi Sonata Koulter rəhbərlik edib.
İclas zamanı avqustun 8-də Vaşinqton Sülh Sammiti çərçivəsində imzalanmış STX-nin hazırlanmasına dair Anlaşma Memorandumunda müəyyən edilmiş prioritet sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Xüsusilə, energetika, ticarət, tranzit, regional qarşılıqlı əlaqə, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi investisiyalar, həmçinin müdafiə, təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib.
Tərəflər avqustun 8-dən sonra göstərilən istiqamətlər üzrə keçirilmiş ikitərəfli təmasları və müzakirələri yüksək qiymətləndiriblər. Bundan əlavə, bu və digər əsas sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının mətni barədə fikir mübadiləsi aparılıb. Sənədin qısa müddətdə razılaşdırılmasının vacibliyi vurğulanıb.
Görüşün yekunlarına əsasən növbəti iclasın tarixləri və gündəliyi barədə razılıq əldə edilib.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































