Nida Xəbər
Mübariz Mənsimov barəsində istintaq başladılıb?
Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu tərəfindən barəsində istintaq başladılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə özünü Feysbuk hesabında paylaşım edib.
“Mediada “Ekol TV” adlı televiziya kanalı və mənim adımla bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Mənim yuxarıda adıçəkilən televiziya kanalı ilə heç bir əlaqəm yoxdur. Əvvəllər də oxşar böhtan xarakterli iddialar və xəbərlər səsləndirilib. Reputasiyama xələl gətirmək məqsədi daşıyan bu ittihamları qətiyyətlə pisləyirəm”, - iş adamı bildirib.
Qeyd edək ki, istintaqın bir müddət əvvəl fəaliyyətini dayandıran “Ekol TV”nin pul dövriyyəsi, maliyyələşmə mənbələri və səhm paylarının ötürülməsi ilə bağlı məsələlərlə dair olduğu bildirilir.
XXX
Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində istintaqa başlayıb.
Publika.az Bakupost.az-a istinadən xəbər verir ki, istintaq əsasən bir müddət əvvəl fəaliyyətini dayandıran Ekol TV-nin pul dövriyyəsi, maliyyələşmə mənbələri və səhm paylarının ötürülməsi ilə bağlı məsələlərlə bağlıdır.
Prokurorluq onunla yanaşı Veysəl Şahin, hüquqşünas Ersan Şən və Ekol TV-nin baş redaktoru Əmrah Doğru barəsində istintaqa başlayıb.
Hüquq-mühafizə orqanları bəzi maliyyə əməliyyatlarını şübhəli hesab edərək onları ayrıca nəzarətə götürüb. Bildirilib ki, kanalın yaradıldığı gündən bu günə qədər olan bütün ortaq strukturları və maliyyə əlaqələri detallı şəkildə araşdırılır.
Qeyd edək ki, təxminən iki ildir fəaliyyət göstərən Ekol TV son dövrlərdə yaşanan iqtisadi çətinlikləri əsas gətirərək yayım fəaliyyətini dayandırmaq qərarı vermişdi.
-
Magazin120:00"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Ekologiya19:55Nazirlikdən hava ilə bağlı ƏHALİYƏ MÜRACİƏT
-
Sosial19:12Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Ekologiya18:24Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Rəsmi xronika17:16Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:38“Mənim qızımı niyə gətirməmisən, görərdim” - Video
-
Rəsmi xronika15:09Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir - İlham Əliyev
-
Qoroskop15:00Kişilər bu bürclərin qadınlarına "yox" deyə bilmirlər



































