Nida Xəbər
Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı
Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 4-cü rübü üçün maliyyə hesabatlarını açıqlayırlar.
Publika.az Yeniavaz.com-a istinadən xəbər verir ki, "Bank BTB” ASC-nin rəsmi veb-səhifəsində dərc olunan məlumatda, bankın 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə yekunlaşdırdığı yazılıb.

Lakin bankın maliyyə göstəricilərində açıq şəkildə göstərilir ki, ötən ilin 4-cü rübünün yekununda "Bank BTB” 404 min manat xalis zərər edib.
Bundan əvvəlki – ötən ilin 3-cü rübündə rəsmi veb-səhifədə dərc olunan məlumatda da qeyd olunmuşdu ki, bankın 9 ay üzrə xalis mənfəəti 2,3 milyon manata çatıb. Halbuki, ötən ilin 3-cü rübünün yekununda bankın xalis zərəri 641 min manat olub.

Dərc olunan məlumatlarda xalis mənfəət olaraq qeyd olunan məbləğlər əslində bankın xalis mənfəəti deyil, vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mövcud olan mənfəətdir. Heç bir halda bunlar xalis mənfəət kimi təqdim oluna bilməz. Dövlət Vergi Xidmətinin açıqladığı məlumatda göstərilir ki, xalis mənfəət – mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir.
Açıqlanan məlumatlardan da göründüyü kimi, "Bank BTB” ASC davamlı olaraq ictimaiyyətə yanlış məlumatlar verir.
Xatırladaq ki, "Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
"Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.
Onu da qeyd edək ki, Mərkəzi Bank ötən ay Azərbaycanda barəsində ən çox şikayət edilən bankın "Bank BTB” ASC olduğunu açıqlayıb.
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
































.jpg)


