Nida Xəbər
Generalın oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur.
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı təhdid olunduğunu deyən Nərmin Xudaverdiyeva sosial media hesabında paylaşım edib.
N.Xudaverdiyeva bildirib ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox sevgili olublar:
"Lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O, bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm. Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür".
Məlumata görə, qeyd olunan məsələylə bağlı Nərmin Xudaverdiyeva polisə müraciət edib. Müraciəti əsasında araşdırma aparılır.
Xatırladaq ki, Rüstəm Orucov 2017-ci ildə xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə həbs edilmiş və sonradan məhkəmə tərəfindən həbs cəzasına məhkum olunub.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?




















.jpg)













