Nida Xəbər
Ceyhun Salmanov barəsində qərar verildi - YENİLƏNDİ
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təqdimat təmin edilib.
Mərkəzin rəhbəri Ceyhun Salmanovun barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
***
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılır.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təqdimat təmin edilib.
Elşad Məhərrəmovun barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Mərkəzin rəhbəri Ceyhun Salmanovla bağlı bağlı təqdimata yaxın saatlarda baxılacaq.
***
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılır.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təqdimat təmin edilib.
Natiq Əliyev 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ceyhun Salmanov və Elşad Məhərrəmovla bağlı təqdimata baxılır.
***
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev barəsində təqdimata Sumqayıt Şəhər Məhkəməsində baxılacaq.
xxx
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıb.
Publika.az xəbər verir ki, mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları - Elşad Məhərrəmov və Natiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham elan edilib.
Faktı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, əlavə məlumat veriləcək.
Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.
Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?




















.jpg)













