Nida Xəbər
İlham Əliyevin liderliyi strateji tərəfdaşlığı daha da möhkəmləndirir - Fatma Yıldırım
Cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycan-BƏƏ arasında formalaşmış strateji münasibətlərin inkişafında mühüm siyasi mərhələdir. Bu səfər bir daha göstərir ki, Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıqlara, uzunmüddətli əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanan xətti ardıcıl şəkildə davam etdirir.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dövlətlərin suverenliyinə hörmət prinsipləri üzərində qurulub. Bu gün bu əlaqələr həm diplomatik münasibətlər çərçivəsində, həmdə iqtisadiyyat, investisiya, enerji, bərpa olunan enerji, nəqliyyat-logistika, humanitar və mədəni sahələr üzrə sürətlə inkişaf edir.
Xüsusilə qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində Azərbaycan–BƏƏ münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Eyni zamanda, Azərbaycan–BƏƏ parlamentlərarası dostluq qrupu üzvü kimi də qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığında xüsusi rolu vardır. Parlamentlər arasında qarşılıqlı səfərlər, təcrübə və fikir mübadiləsi, beynəlxalq parlament platformalarında koordinasiyalı fəaliyyət iki ölkə arasında siyasi etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin dərinləşməsinə real töhfə verir. Parlament diplomatiyası bu strateji münasibətlərin dayanıqlı və uzunmüddətli xarakter almasına xidmət edən mühüm mexanizmdir.
Hesab edirəm, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər artıq yeni bir inkişaf mərhələsinə daxil olur. Cənab Prezident İlham Əliyevin liderliyi ilə qurulan bu möhkəm siyasi xətt qarşıdakı illərdə də dost ölkə ilə strateji tərəfdaşlığın daha da genişlənməsinə, əməkdaşlığın yeni sahələr üzrə dərinləşməsinə və hər iki ölkənin milli maraqlarına xidmət edən davamlı nəticələrin əldə olunmasına imkan yaradacaq.
Fatma Yıldırım
Milli Məclisin deputatı
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO






























.jpg)



