Nida Xəbər
Əliyevin qətiyyətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb - Şahbaz Şərif
"Çox əziz qardaşım, Zati-aliləri Azərbaycan Prezidenti İlham Əliyevə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın verilməsi münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam. Mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın əbədi irsinə, onun sülhə, dinc birgəyaşayış ilə bağlı daim qəlbdə yaşayan baxışlarına böyük hörmətin əlaməti olaraq, bu mükafat Birləşmiş Ərəb Əmirliklərinin uzaqgörən rəhbərliyinin səylərini əks etdirir, bu ölkənin qlobal səviyyədə aparıcı diplomatiya mərkəzi olduğunu göstərir".
Publika.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətində deyib.
O bildirib ki, parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə verib.
"Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu və beləliklə, Zayed Mükafatının dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir. Xanımlar və cənablar, Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir. Biz Prezident İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdən fəxr hissi duyuruq. O, Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır. Pakistan həmin Sazişi nəinki Azərbaycan və Ermənistan, o cümlədən bütöv region üçün yeni əmin-amanlıq və dayanıqlı sülh dövrünün başlanğıcı kimi alqışladı. Xanımlar və cənablar, mən əziz qardaşım, Prezident İlham Əliyevi bu nüfuzlu mükafatı alması münasibətilə bir daha təbrik edirəm. Ümidvaram və dua edirəm ki, uzaqgörən rəhbərinin səyləri ilə qardaş Azərbaycan xalqı uzunmüddətli sülhə, əmin-amanlığa və tərəqqiyə doğru addımlarını davam etdirsin" - deyə, Şahbaz Şərif bildirib.
-
Dünya15 Mart 23:00Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı - Yaralılar var
-
Sosial15 Mart 20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc15 Mart 19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region15 Mart 18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 15 Mart 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq15 Mart 17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
-
Magazin215 Mart 15:55Məşhur supermodel qəribə qısa geyimi ilə diqqət çəkdi - Foto
-
Yaxın Şərq15 Mart 15:05Netanyahu sağ imiş - İsrail ölüm xəbərini feyk adlandırdı












.jpg)

























