Nida Xəbər
Uzaqgörən liderliyin və siyasi məsuliyyətin ən yüksək səviyyəsi nümayiş etdirildi - Sadır Japarov
"Qırğız Respublikası 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində aranızda keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanmasını xüsusi məmnuniyyət hissi ilə alqışladı. Bu, sadəcə, siyasi və diplomatik addım deyil, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən həqiqətən də tarixi bir nailiyyətdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, hörmətli İlham Heydər oğlu və hörmətli Nikol Vovayeviç görkəmli dövlət xadimliyinin, uzaqgörən liderliyin və siyasi məsuliyyətin ən yüksək səviyyəsini nümayiş etdirdilər".
Publika.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətində deyib.
O bildirib ki, Qırğız Respublikası sülh sazişinin ən qısa zamanda imzalanması istiqamətində Bakı və İrəvanın son vaxtlardakı səylərini tam dəstəkləyir: "Biz iki ölkə arasında qarşılıqlı etimadı gücləndirən və dayanıqlı sülh arxitekturasının yaradılmasına töhfə verən bu prosesin hərtərəfli dəstəklənməsinə hazırıq.
Qırğız Respublikası bu sahədə özünün tarixi təcrübəsinə xüsusi əhəmiyyət verir. Bu mənada onu da qeyd etmək istəyirəm ki, Qarabağda münaqişənin dayandırılması və insanların həyatının xilas edilməsi üçün 1994-cü ildə imzalanmış Bişkek Protokolu diplomatik praqmatizmin və məsuliyyətin vacib nümunəsi oldu.
Bildiyiniz kimi, Qırğız Respublikası qonşu dövlətlərlə sərhəd məsələlərini tədricən həll etdi. 2025-ci ildə Qırğızıstan, Tacikistan və Özbəkistan arasında olan sərhədin üç ölkəni birləşdirən hissəsinə dair razılaşma imzalandı. Uzun illər ərzində biz sərhəd məsələləri ilə bağlı çağırışları ardıcıl şəkildə həll etməyə çalışmışıq. Nəticədə bütün məsələlərin yalnız dostluq, mehriban qonşuluq, qarşılıqlı dəstək və qarşılıqlı etimad ruhunda həll edilməsi mümkün oldu. İnanıram ki, Azərbaycan və Ermənistan eyni şəkildə sülh münasibətlərinə nail olacaqlar və iki xalq arasında harmoniya, dostluq və firavanlıq naminə uzunmüddətli əməkdaşlığın möhkəm təməlini qoyacaqlar".
Qırğız Prezidenti əlavə edib ki, 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Münsiflər Komitəsinin hörmətli üzvləri, belə nəcib məqsəd naminə çalışıb: "Bu, vacib missiyanın davamlı irəlilədilməsinə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin əhəmiyyətli fəaliyyətinizin sülhün gücləndirilməsi və qarşılıqlı anlaşmaya töhfə verməsi üçün davamlı olmasını diləyirəm. Arzu edirəm ki, fəaliyyətiniz dünya ictimaiyyətini həmrəylik, qarşılıqlı dəstək və insan ləyaqətinə hörmət kimi dəyərlər ətrafında səfərbər etsin".
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO






























.jpg)



