Nida Xəbər
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Yanvarın 30-u gecə saatlarında Qazax şəhəri Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin yol kənarındakı hasara çırpılaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az Unikal-a istinadən xəbər verir ki, avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Axundov Süleyman Asif oğlu da olub.
Həmin gün sosial şəbəkələrdə sözügedən avtoqəzanı əks etdirən videogörüntülər yayılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, S. Axundov baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını kobud şəkildə pozduğu üçün S. Axundov dövlət qulluğunda çalışmağa layiq olmadığını və səhvə yol verdiyini etiraf edib. Onun öz ərizəsi əsasında 30 yanvar 2026-cı il tarixində tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.
-
Avropa17:02ABŞ-İran danışıqları Türkiyədə keçirilə bilər - "Reuters"
-
MDB16:33Bu ölkə İrana Azərbaycan vasitəsilə yardım göndərir
-
Yaxın Şərq16:23İsrail İranın nadir hərbi obyektini məhv etdi
-
MDB15:32Ukraynaya qaz zərbəsi - Tədarük dayandırıldı
-
Region15:11Pezeşkian Ərdoğana təşəkkür etdi
-
Elm və təhsil14:32Azərbaycan universitet reytinqlərində top 100-də yer aldı
-
Yaxın Şərq14:11Xameneinin səhhəti yaxşıdır - İran XİN
-
ABŞ13:00Yaralanan ABŞ hərbçilərinin sayı 300-ə çatdı



























.jpg)







