Nida Xəbər
Azərbaycan və BƏƏ XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-BƏƏ hərtərəfli strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, energetika, humanitar aspektləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə bölgədə cari təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər çərçivəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsindəki əsas rolu vurğulanıb.
Ötən ilin noyabr ayında iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası çərçivəsində əldə edilmiş razılıqların icrası məsələləri nəzərdən keçirilib, bu il Bakıda keçiriləcək ikinci iclasa hazırlıq işləri məmnunluqla qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov 8 avqust Vaşinqton sammitindən sonra sülh gündəliyi barədə qarşı tərəfi məlumatlandırıb.
Azərbaycanla BƏƏ arasında münasibətlərdə müsbət dinamika təqdir olunub, bu çərçivədə digər səylərlə yanaşı, iki ölkə vətəndaşlarının səfərlərinin daha da asanlaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Ekopublika.az08:24Maaşla bağlı qərardan sonra nə dəyişəcək? - Azərbaycanda ilk
-
ABŞ03:18O, çox narahat olmalıdır! - Trampdan Xameneiyə xəbərdarlıq
-
Səhiyyə02:43Bakıda tanınmış cərrah vəfat etdi - Foto
-
Qoroskop01:40Günün ulduz falı: Böyük risklərdən uzaq durun!
-
Nida Təhlil 00:35Danışıqlardan imtina və Trampdan Pekinə zəng: İrana hücum planı işə düşür
-
İdman4 Fevral 23:35Kriştiano Ronaldo tapıldı
-
Nəqliyyat4 Fevral 22:30Bir sıra yollarda sürət həddi endirildi
-
Ekologiya4 Fevral 20:36Gündüz gecəyə dönəcək: tarixi hadisənin vaxtı bəlli oldu


























.jpg)









