Nida Xəbər
Naxçıvana düşən dronun üzərinə nə yazılıb? - FOTO
Ötən gün İran tərəfindən Naxçıvan istiqamətində atılan pilotsuz uçuş aparatının (PUA) qalıqlarına dair görüntülər yayılıb.
Publika.az Globalinfo.az-a istinadla xəbər verir ki, həmin görüntülərin yayılmasından sonra sosial şəbəkələrin Azərbaycan və İran seqmentlərində PUA-nın üzərində guya “İstehsalat Birliyi” ifadəsinin yazıldığı barədə iddialar səsləndirilib.
Bəzi istifadəçilər bundan yola çıxaraq dronun Azərbaycan istehsalı olması ilə bağlı əsassız versiyalar irəli sürməyə cəhd ediblər. Lakin yayılan görüntülərin təhlili göstərir ki, “İstehsalat Birliyi” ifadəsi PUA-nın üzərində deyil. Sözügedən yazı hadisə yerindən qalıqların çıxarılması məqsədilə istifadə olunan torbalara yazılıb.
Baku TV-nin təqdim etdiyi növbəti görüntülərdə də hadisə yerində üzərinə “İstehsalat Birliyi” yazılmış bir neçə torbanın olduğu diqqət çəkir.
Bununla yanaşı, ötən gün Naxçıvana atılan dronun İran istehsalı “Araş-2” PUA-sı olması artıq SEPAH mənbələri tərəfindən də təsdiqlənib.
Belə bir həssas məqamda sosial şəbəkələrdə yayılan bu cür absurd iddialara inanmamaq və onları tirajlamamaq zəruridir.
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...




















.jpg)















