Nida Xəbər
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Aparıcı türk müdafiə sənayesi şirkəti olan ROKETSAN qısamənzilli yeni tank əleyhinə raket kompleksi KARAOK-u nümayiş etdirib. Bu sistem ABŞ istehsalı olan “FGM-148 Javelin”in analoqu kimi təqdim olunur. Şirkətin məlumatına görə, kompleks müxtəlif tətbiq ssenarilərində sınaqlardan uğurla keçib və yüksək dəqiqlik və effektivlik nümayiş etdirib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev Minval Politika ilə söhbətində bildirib ki, türk kompleksinin yaradılması həqiqətən də “Javelin”ə tam funksional və yüksək texnoloji alternativ kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, hər iki kompleks üçüncü nəsil tank əleyhinə silahlara aiddir və “atdın və unutdun” prinsipi ilə işləyən infraqırmızı özütuşlama başlığından istifadə edir.
Onların ümumi xüsusiyyəti zirehli texnikanı ən zəif nöqtəsindən – yuxarı hissədən, o cümlədən qüllənin damından vurmaq imkanına malik olmalarıdır ki, bu da belə sistemləri müasir tanklara qarşı xüsusilə effektiv edir.
Azərbaycan öz arsenalı üçün Türkiyədən yeni silahı sifariş edə bilərmi? Ona nə dərəcədə ehtiyac var? Ölkəmizdə birgə istehsalı necə, mümkündürmü?
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Musavat.com-a bildirib ki, qardaş ölkənin müdafiə potensialı durmadan güclənir. Hərbi təhlilçinin sözlərinə görə, ordunun 80 faizdən çoxu silahlarla təmin edilib:
“Bu, həm hava qüvvələrinə, həm dəniz donanmasına, həm də quru qoşunlarına aiddir. Hesab edirəm ki, bu get-gedə artmaqdadır. Ümumiyyətlə, elə bir dünyada yaşayırıq ki, silahlar anbaan dəyişir. Amma əvvəllər belə deyildi. Yüz illərlə silahlar dəyişməz qalırdı, sonradan onilliklərə düşdü. İndi də hər il yeni silahlar ixtira olunur. Azərbaycan və Türkiyə də bu proseslərdən geri qalmamalıdır. Hər bir dövlət çalışır ki, ordusunda müasir silahlar olsun. Qardaş Türkiyənin də belə bir vaxtda uğurları bizi sevindirə bilər”.
E.Həsənli qeyd edib ki, iki ölkə birgə silahlar istehsal edir: “Eyni zamanda, qardaş dövlətin son zamanlarda istehsal etdiyi silahların bir qismi Azərbaycan ordusundadır, yəni almışıq. Bir sıra silahların birgə istehsalı da mümkündür. Türkiyə onu əldə edirsə, ikinci ölkə kimi biz də əldə edirik. Bu da təbiidir. Çünki Türkiyənin ən yaxın müttəfiqi Azərbaycandır. Gələcəkdə quru qoşunları üzrə birgə istehsal, ixrac gözlənilir. Həyata keçirilən birgə hərbi təlimlərdə də bütün silahlardan istifadə olunur”.
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir












.jpg)





.png)

















