Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
Bizi izləyin

İdman

Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər

Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər

Usman Nurməhəmmədov və dəstəsinin üzvləri UFC döyüşçüsü Merab Dvalişviliyə hücum etdiklərinə görə altı ay həbs cəzasına, 300.000 dirhəm (81.688 dollar) cəriməyə və cəzalarını çəkdikdən sonra BƏƏ-dən deportasiyaya məhkum ediliblər.

Publika.az xəbər verir ki, bu barədə “Croco.ge” məlumat yayıb.

Məlumata görə, Dvalişvili və 21 yaşlı gürcü güləşçisi Sabu Lazişvili hadisənin videoyazısını yaydıqlarına görə hər biri 50.000 dirhəm (13.615 ABŞ dolları) cərimə ödəməli olublar.

Merab və Sabuya tətbiq edilən cərimələr idmançıların Əbu-Dabidə keçirilən tədbirin təşkilatçısı RAF təşkilatı tərəfindən ödəniləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm