İdman
Bekhem, Rapino və Altidore ABŞ Futbol Şöhrət Zalına daxil edildi
Dünya futbolunun tanınmış simaları Devid Bekhem, Meqan Rapino və Cozi Altidore ABŞ Milli Futbol Şöhrət Zalına seçiliblər. Onlarla yanaşı, Culi Erts, braziliyalı futzal ustası Tatu və sabiq baş məşqçi Lotar Oziander də bu fəxri siyahıya daxil ediliblər.
Publika.az xəbər verir ki, seçim ABŞ futbolunun inkişafına və beynəlxalq arenada qazandığı uğurlara töhfə vermiş şəxslər arasında aparılıb.
İkiqat dünya çempionu və “Qızıl top”un sahibi Meqan Rapino karyerasında ilk dəfə namizəd göstərildiyi il Şöhrət Zalına seçilib. ABŞ qadın millisinin sabiq üzvü Culi Erts isə dünyanın tanınmış müdafiəyönümlü yarımmüdafiəçilərindən biri kimi bu mükafata layiq görülüb.
ABŞ millisinin sabiq hücumçusu Cozi Altidore yığmanın heyətində vurduğu 42 qolla ölkə futbolu tarixində üçüncü pillədə qərarlaşır.
Siyahıda yer alan Devid Bekhem isə 2007-ci ildə “Los-Anceles Qalaksi”yə transfer olunmaqla ABŞ futbolunun inkişafına böyük təsir göstərib. İngiltərə millisinin sabiq kapitanı burada iki dəfə MLS çempionluğu qazanıb. Daha sonra klub sahibi kimi ABŞ-a qayıdaraq “İnter Mayami”nin qurucularından biri olub.
Bekhem Şöhrət Zalına seçildiyini MLS-in komissarı Don Qarbardan öyrənib. O, bu xəbərə münasibət bildirərkən ABŞ-da futbolun və liqanın inkişafına töhfə verməkdən hər zaman zövq aldığını deyib.
Meqan Rapino isə bu təltifdən böyük məmnunluq duyduğunu bildirib. O, karyerası ərzində bir çox böyük komandanın üzvü olduğunu və belə futbolçularla eyni siyahıda yer almağın xüsusi hiss olduğunu vurğulayıb.
Qeyd edək ki, yeni üzvlərin Şöhrət Zalına daxil edilməsi mərasimi 2027-ci il aprelin 16-da ABŞ-ın Texas ştatının Plano şəhərində keçiriləcək.
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır






.png)



























