Nida Xəbər
"Azərbaycan dayanıqlı inkişaf platformalarında fəal təşəbbüskar ölkələrdən biridir" - FOTO
WUF13 çərçivəsində təşkil olunan Urban Expo-da dəyərli həmkarım Mübariz Qurbanlı ilə birgə Səudiyyə Ərəbistanının milli pavilyonunu ziyarət etmək və nümayəndə heyəti ilə görüşmək mənim üçün xüsusi əhəmiyyət daşıdı. Azərbaycan–Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu platformada aparılan müzakirələri yalnız şəhərsalma sahəsində təcrübə mübadiləsi kimi yox, həm də ölkələrimiz arasında strateji tərəfdaşlığın yeni mərhələsi kimi dəyərləndirirəm.
Səudiyyə Ərəbistanının WUF13-də geniş tərkibli nümayəndə heyəti ilə iştirakı, urbanizasiya, dayanıqlı yaşayış məkanları, “ağıllı şəhər” konsepsiyası və müasir infrastruktur həllərinə verdiyi önəmi açıq şəkildə nümayiş etdirdi. Pavilyonda təqdim olunan layihələr, xüsusilə şəhərlərin insan yönümlü inkişafı, rəqəmsal transformasiya, ekoloji yanaşmalar və yaşayış keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər böyük maraq doğururdu.
Forum çərçivəsində nümayəndə heyəti ilə apardığımız fikir mübadiləsində şəhərsalmanın artıq yalnız memarlıq və infrastruktur məsələsi olmadığı, eyni zamanda sosial rifah, milli kimlik, ekoloji təhlükəsizlik və iqtisadi dayanıqlılıq məsələsi olduğu xüsusi vurğulandı. Bu baxımdan Azərbaycan və Səudiyyə Ərəbistanının yanaşmaları arasında ciddi oxşarlıqlar mövcuddur. Hər iki ölkə milli-mədəni irsi qorumaqla yanaşı, müasir və dayanıqlı şəhər modellərinin formalaşdırılması istiqamətində mühüm addımlar atır.
Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını uğurla tətbiq edir, Səudiyyə Ərəbistanı isə “Vision 2030” çərçivəsində urban inkişaf və yaşayış mühitinin modernizasiyası istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Bu baxımdan qarşılıqlı təcrübə mübadiləsi və institusional əməkdaşlıq gələcək dövr üçün mühüm perspektivlər açır.
WUF13 bir daha göstərdi ki, Azərbaycan artıq qlobal şəhərsalma və dayanıqlı inkişaf platformalarında fəal təşəbbüskar ölkələrdən biridir. Bakının belə mötəbər beynəlxalq forumlara ev sahibliyi etməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, çoxtərəfli əməkdaşlığa verdiyi töhfənin və müasir inkişaf modelinin bariz nümunəsidir. Bu forum çərçivəsində Azərbaycan–Səudiyyə Ərəbistanı münasibətlərinin yeni əməkdaşlıq istiqamətləri ilə daha da güclənəcəyinə inanıram.
Fatma Yıldırım
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)





































