Ekologiya
Bu təbii fəlakət ölkələrə trilyonlarla dollar ziyan vuracaq
Dünyanın iqlim şəraitinə təsir edən “El-Nino” hadisəsi trilyonlarla dollar itkiyə səbəb ola və ən çox tropik ölkələrə zərər verə bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, okeanlarda suyun temperaturu rekord səviyyəyə çatıb ki, bu da qlobal istiləşməni daha da artırıb.
İndiana Universitetinin alimi Kristofer Kallahan bildirib ki, “El-Nino”nun iqtisadi nəticələrinin olduqca ağır olması mümkündür. Onun apardığı tədqiqaa görə, “El-Nino”, xüsusilə tropik iqtisadiyyatlar üçün böyük itkilərə səbəb olacaq.
“The Wall Street Journal”da yazılıb ki, “El-Nino” logistikaya da təsir göstərir. Quraqlıq səbəbindən Qatun gölündə suyun səviyyəsi aşağı enib, bu da Panama kanalının operatorunu oradan keçən gəmilərin sayını azaltmağa vadar edib.
Miçiqan Universiteti də “El-Nino” tendensiyasının intensivliyinin son 40 ildə 40 faiz artdığını və cari minillik üçün pik həddə çatdığını açıqlayıb.
Qeyd edək ki, Yer kürəsinin iqlimi və havası əsasən iki hadisənin – “El-Nino”nun və “La-Nina”nın vəziyyətindən asılıdır. Birincisi, mərkəzi və şərqi Sakit Okeanda səth sularının kəskin istiləşməsi, ikincisi isə bu bölgələrin soyuması ilə əlaqələndirilir. “La-Nina” və “El-Nino” bir neçə ildən bir növbələşir ki, bu da okean axınlarında və atmosfer küləklərinin modellərində əhəmiyyətli dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər vaxtaşırı Yer kürəsinin bəzi bölgələrində quraqlığa, digərlərində isə güclü yağıntılara səbəb olur.
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
















.webp)








.jpg)












