Həştərxan qubernatoru: "Azərbaycan Xəzərdə bizim ən mühüm tərəfdaşımızdır"
Bizi izləyin

Nida Xəbər

Həştərxan qubernatoru: "Azərbaycan Xəzərdə bizim ən mühüm tərəfdaşımızdır"

Həştərxan qubernatoru: "Azərbaycan Xəzərdə bizim ən mühüm tərəfdaşımızdır"

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Həştərxanda keçirilən görüş zamanı vilayət ilə Azərbaycan arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımaların inkişafını müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin sosial şəbəkələrdəki açıqlamasında bildirilib.

"Görüş zamanı tərəflər ticari-iqtisadi, mədəni və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə edərək, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımaların inkişafına xüsusi diqqət ayırıblar", - məlumatda qeyd olunub.

Humanitar əməkdaşlıqdan danışan Babuşkin Bakıda Heydər Əliyev Mərkəzinin qarşısında M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı və Həştərxan Dövlət Opera və Balet Teatrının iştirakı ilə açıq havada birgə opera qala-konsertlərinin və tamaşaların keçirilməsi imkanının nəzərdən keçirilməsini təklif edib.

"Azərbaycan Respublikası Xəzərdə bizim ən mühüm tərəfdaşımızdır. Hərtərəfli qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsi üçün bundan sonra da bütün səylərimi göstərmək niyyətindəyəm", - Babuşkin deyib.

Qubernatorun dəvəti ilə səfir Mustafayev, həmçinin Həştərxan Dövlət Opera və Balet Teatrında Nikolay Rimski-Korsakovun "Çar Saltan haqqında nağıl" operasının premyerasında iştirak edib.

Bundan əlavə, azərbaycanlı diplomat Həştərxanda Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş obyektlərlə, o cümlədən Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsi və Bakı küçəsindəki infrastruktur obyektləri ilə tanış olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm