Nida Xəbər
Sahibə Qafarova MDB PA-nın Şura iclasında çıxış etdi - FOTO
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.
Spiker Sahibə Qafarova iclasda çıxış edərək, müzakirə olunan mövzularla bağlı fikirlərini bildirib. O, Şura iclası gündəliyinin 3-cü bəndi ilə bağlı danışaraq deyib ki, Assambleyanın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB iştirakçı dövlətlərində keçirilən seçkilər və referendumlarla bağlı monitorinq fəaliyyətinin həyata keçirilməsidir. Milli Məclisin sədri qeyd edib ki, seçkilər hər bir ölkənin həyatında onun gələcək inkişafını müəyyən edən ən vacib hadisələrdən biridir. İstənilən seçkidə obyektiv müşahidə missiyası seçkilərin şəffaflıq və demokratiklik dərəcəsinin qiymətləndirilməsində çox mühüm rol oynayır. Sahibə Qafarova vurğulayıb ki, Assambleyanın müşahidə missiyalarının ölkələrimizdə keçirilən seçkilərdə iştirakı sadəcə monitorinq prosesi deyil, eyni zamanda, həmrəyliyin və qarşılıqlı dəstəyin təzahürüdür.
O, Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçilərinin Qırğız Respublikasının Joqorku Keneşinə növbədənkənar seçkilərin, həmçinin Qazaxıstan Respublikasının yeni Konstitusiyasının qəbulu üzrə referendumun monitorinqinin nəticələri ilə bağlı da fikirlərini diqqətə çatdırıb. Bildirilib ki, Milli Məclisin deputatları hər iki müşahidə missiyasında fəal iştirak ediblər.
Sahibə Qafarova məmnunluqla qeyd edib ki, qardaş Qazaxıstanda keçirilən referendumun monitorinqində MDB Parlamentlərarası Assambleyasının müşahidəçi qrupunun koordinatoru vəzifəsini Milli Məclisin sədr müavini Ziyafət Əsgərov yerinə yetirib.
İclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirə olunub və yekunda müvafiq qərarlar qəbul edilib.
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)





































