Nida Xəbər
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil ilə görüş keçirib.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycanın ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.
Bu xüsusda, həmçinin IDEA İctimai Birliyinin sözügedən sahələr üzrə layihə və təşəbbüsləri, o cümlədən biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitlə bağlı maarifləndirmə tədbirləri, eləcə də nadir fauna növlərinin qorunması və ekosistemlərin bərpasına yönələn fəaliyyətləri diqqətə çatdırılıb.
Eyni zamanda mühafizə olunan təbiət ərazilərinin sahəsinin genişləndirilməsinin əhəmiyyəti və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasında rolu qeyd olunub.
Söhbət zamanı Xəzər dənizinin səviyyəsinin enməsinin səbəblərinin, bu prosesin ekoloji və sosial-iqtisadi təsirlərinin birgə öyrənilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda problemin qlobal iqlim gündəliyində daha geniş yer almasının vacibliyi vurğulanıb.
Bundan əlavə, gənclərin ekoloji məsuliyyətinin artırılması, eləcə də ətraf mühit və iqlim dəyişiklikləri ilə bağlı biliklərinin genişləndirilməsi məqsədilə UNFCCC ilə birgə ortaq təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.
-
MDB13:57Yeni Buça dəhşəti - 27 ölü, 42 yaralı var
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Digər13:15Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video






















.jpg)










.jpg)

.jpg)