Nida Xəbər
Qarabağda çəkilişlər aparmış jurnalist Rusiyada qiyabi həbs edildi
Sankt-Peterburqun Primorski Rayon Məhkəməsi jurnalist Aleksandr Nevzorov barəsində qiyabi həbs qərarı çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Darya Lebedeva öz Telegram kanalında məlumat yayıb.
Qərara əsasən, həbs qətimkan tədbiri jurnalist Rusiya ərazisinə ekstradisiya olunduğu və ya saxlanıldığı andan etibarən iki ay müddətinə qüvvədə olacaq.
Jurnalist iki cinayət maddəsi – “xarici agent” öhdəliklərindən yayınma və ekstremist fəaliyyəti maliyyələşdirmə maddələri üzrə ittiham olunur.
Qeyd edək ki, avqust ayında məhkəmə jurnalistin həyat yoldaşı Lidiya Nevzorova barəsində də qiyabi həbs qərarı çıxarmışdı. İyul ayında isə cütlük Rusiya məhkəməsi tərəfindən “ekstremist birlik” kimi tanınaraq ölkə ərazisindəki fəaliyyətlərinə qadağa qoyulub. Eyni zamanda, jurnalistin Finlandiya körfəzi sahilində yerləşən dördmərtəbəli villası və torpaq sahələri qanunsuz əldə edildiyi əsası ilə dövlət mülkiyyətinə keçirilib.
Xatırladaq ki, A. Nevzorov Birinci Qarabağ müharibəsi illərində hərbi müxbir kimi cəbhə zonasında çəkilişlər aparıb. O, Qarabağla yanaşı, cəbhənin Qazax-Ağstafa istiqamətində gedən döyüşləri də lentə alaraq xüsusi reportajlar hazırlayıb. (Qafqazinfo)
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı






.jpg)



.jpg)









.jpg)

.jpg)














