Nida Xəbər
Azərbaycan açıq iqtisadiyyat və biznesin təşviqi siyasətini həyata keçirir - Baş nazir
Azərbaycan ardıcıl olaraq açıq iqtisadiyyat və sahibkarlıq fəaliyyətinin təşviqi siyasətini həyata keçirir.
Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda deyib.
Hökumət başçısı vurğulayıb ki, son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da demək olar ki, yarısı xarici investisiyaların payına düşüb.
"Ölkədə investorların hüquqlarının etibarlı müdafiəsini, investisiyaların toxunulmazlığı zəmanətini, kapitalın sərbəst hərəkətini və bütün bazar iştirakçıları üçün bərabər şərtləri təmin edən müasir qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanın mühüm rəqabət üstünlüyü onun Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyidir. Ardıcıl olaraq həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevirib", - deyə o bildirib.
Ə.Əsədov həmçinin qeyd edib ki, hazırda Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir yolu və avtomobil magistrallarının inkişafına böyük həcmdə maliyyə vəsaiti yatırmağa davam edir, bu isə "regional əlaqələrin möhkəmləndirilməsinə və biznes imkanlarının genişləndirilməsinə töhfə verir".
Onun sözlərinə görə, yaşıl energetikanın inkişaf etdirilməsi də investisiyalar üçün perspektivli istiqamətdir: "Azərbaycan qarşısına milli enerji balansında bərpa olunan enerji mənbələrinin payını artırmaqla bağlı iddialı hədəflər qoyub. Günəş və külək enerjisi sahəsində irimiqyaslı layihələr həyata keçirilir, aparıcı beynəlxalq şirkətlər cəlb olunur və investorlar üçün yeni imkanlar yaradılır".
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Digər13:15Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto






















.jpg)










.jpg)

.jpg)