Nida Xəbər
Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edildi
Mədəniyyət naziri Adil Kərimli Parisdə UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti, Banqladeşin UNESCO yanında daimi nümayəndəsi Hondker M.Talha ilə görüşüb.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə UNESCO-nun Baş Konfransı çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq mədəni-humanitar gündəlikdə yer alan prioritet mövzular və təşkilat daxilində çoxtərəfli dialoqun təşviqi məsələləri müzakirə olunub.
Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirərək təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Tərəflər mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin təşviqi, qeyri-maddi mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib.
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Digər13:15Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto






















.jpg)










.jpg)

.jpg)