Nida Xəbər
Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
Azərbaycanlı iş adamı Qod Nisanov Sankt-Peterburqda inşa olunacaq yeni pravoslav kilsəsinin tikintisini maliyyələşdirəcək.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət Müqəddəs İoann Kronshtadtskinin şərəfinə tikiləcək məbəddən gedir. Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill iyunun 14-də kilsənin təməl daşını təqdis edib. Mərasim Sankt-Peterburqda, Karpovka sahilində keçirilib.
Layihənin hazırlanmasına 2026-cı ilin martında başlanılıb. Təməlqoyma mərasimində azərbaycanlı iş adamı Qod Nisanov da iştirak edib.
Kilsənin xüsusiyyətləri
Yeni pravoslav kilsəsinin 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Məbəd təxminən 3,5 min kvadratmetr ərazidə inşa olunacaq. Hazırda kilsənin tikintisi ilə bağlı təşkilati və texniki mərhələ davam edir.
Qod Nisanovun xeyriyyə fəaliyyəti
Qod Nisanov “Kiyevskaya Ploşad” şirkətinin Direktorlar Şurasının sədridir. O, Rusiyada iri biznes layihələri ilə yanaşı, sosial və xeyriyyə təşəbbüslərinə də dəstək göstərməsi ilə tanınır.
Nisanovun şirkəti daha əvvəl Sankt-Peterburqda Probir Palatasının binasında idman kompleksinin yaradılmasına maliyyə ayırıb. Həmin kompleks 2026-cı ilin fevralında istifadəyə verilib.
Bu ilin aprelində Qod Nisanova şəhərin ictimai həyatına və xeyriyyə layihələrinə verdiyi töhfələrə görə “Sankt-Peterburqun fəxri xeyriyyəçisi” adı təqdim olunub.
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi







.jpg)



.jpg)














.jpg)





.jpg)




