Nida Xəbər
Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür - Hikmət Hacıyev
"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda çıxışı ilə bağlı "X" hesabındakı paylaşımda qeyd edib.
H.Hacıyev Forumda Qafqaz Albaniyasının tarixi və zəngin xristian irsi haqqında danışıb: "Bu irsin davamlı və xüsusilə əhəmiyyətli izlərini Qarabağda və Azərbaycanın digər bölgələrində görmək mümkündür.
Azərbaycanın əsrlər boyu davam edən multikulturalizm və dini birgəyaşayış ənənələrini, eləcə də ölkəmizin mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq zəngin mədəni və dini irsi qorumaq, mühafizə etmək və bərpa etmək öhdəliyini vurğuladım.
Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinə qarşı həyata keçirilmiş genişmiqyaslı dağıntılar, təhqirlər və dəyişikliklər barədə danışdım. Tarixi həqiqətlərin qorunmasının və mədəni irsin gələcək nəsillər üçün saxlanılmasının vacibliyini qeyd etdim. Gürcüstanın xarici işlər naziri, BƏƏ-nin iqtisadiyyat və turizm naziri ilə birgə iştirak etdiyim panelə “Euronews”un baş icraçı direktoru moderatorluq etdi".
At the Arab Media Forum, I spoke about the ancient Kingdom of Caucasian Albania and its rich Christian heritage, whose enduring and particularly significant footprint can be seen in Karabakh and other parts of Azerbaijan. I highlighted Azerbaijan’s centuries-old tradition of multiculturalism and religious coexistence, as well as our country’s commitment to protecting, preserving and restoring its rich cultural and religious heritage, irrespective of its origin or faith. I also addressed the extensive destruction, desecration and alteration of Azerbaijan’s religious and cultural heritage during the years of occupation, stressing the importance of safeguarding historical truth and preserving cultural heritage for future generations. The panel I shared with the Foreign Minister of Georgia and Minister of Economy and Tourism of UAE and moderated by CEO of Euronews.
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 16, 2026
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər









.jpg)

















.jpg)









