Digər
Qeyri-neft sektorunun büdcədə payı artırılır
“Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı dayanıqlı inkişaf baxımından müsbət qiymətləndirilə bilər”.
Publika.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə 1-ci Azərbaycan Beynəlxalq Konfransında çıxışı zamanı bildirib. O qeyd edib ki, bu gün ölkədə büdcə gəlirlərinin strukturunun dəyişdirilməsində uğurlar əldə edilib: “3 il əvvəl qeyri-neft sektorunun büdcədə payı 25 faiz idi. 2014-cü ildə bu rəqəm 35 faiz olub. 2016-cı ildə də qeyri-neft sektorunun büdcədə payının artırılması proqnozlaşdırılır”.
O, ixracatda da diversifikasiyaya nail olmağın vacibliyini vurğulayıb. Deyib ki, bu gün qeyri-neft sektorunun ixracatda payı ikirəqəmlidir. O, ixracdakı payının stabil qalmasına baxmayaraq, neftin dünya bazar qiymətinin iki dəfə ucuzlaşması səbəbindən dəyər ifadəsində ümumi ixracdakı payının azaldığını vurğulayıb.
Leyla
-
Cənubi Qafqaz14:32
Paşinyanın Əliyevin qarşısındakı duruşu Ermənistanda gündəm oldu - FOTO
-
Sosial14:12
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO