Digər
İlham Əliyev Tacikistanın xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev aprelin 3-də Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Tacikistan arasında
ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini
vurğuladı. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfərini
məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərin
əlaqələrimizin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi
baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı ikitərəfli
münasibətlərimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini
diqqətə çatdırdı. Prezident İlham Əliyev Tacikistanın xarici işlər
naziri Sirociddin Aslovun Azərbaycana səfərinin əməkdaşlığımızın
daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu
bildirdi.
Tacikistanın xarici işlər naziri Sirociddin Aslov Prezident Emoməli
Rəhmonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına
çatdırdı. O, Prezident Emoməli Rəhmonun Azərbaycan Prezidenti İlham
Əliyevi Tacikistana rəsmi səfərə dəvət məktubunu dövlətimizin
başçısına təqdim edib.
Görüşdə Azərbaycan ilə Tacikistan arasında əməkdaşlıq üçün yaxşı
hüquqi bazanın mövcudluğu vurğulandı, ölkələrimizin müxtəlif
sahələrdə, o cümlədən iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu
və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük
imkanların olduğu bildirilib.
Dövlətimizin başçısı Prezident Emoməli Rəhmonun salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan dövlətinin
başçısına çatdırmağı xahiş edib.
-
Sosial09:12
Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yasa gələnlər görün nələr danışdı - VİDEO
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ