Digər
20 Yanvar faciəsinin ağrı-acısına TRT də ortaq olacaq
TRT-nin Bakı Təmsilçiliyi TRT AVAZ və AzTV-nin texniki dəstəyi ilə yanvarın 20-də saat 13:00-dan 16:00-dək Bakıda Şəhidlər Xiyabanından canlı yayım reallaşdıracaq
BayMediya xəbər verir ki, TRT-nin Bakı təmsilçisi Əmrah Timuçin Yazıçının verdiyi məlumata əsasən, 3 saatlıq canlı yayımda Qanlı Yanvar hadisələri bütün detalları ilə izləyicilərin ixtiyarına veriləcək.
Canlı bağlantını E.T.Yazıçı ilə bərabər, müxbirlər Firuzə Qurbanlı və Nailə Əkbərova həyata keçirəcəklər. Bu özəl yayım üçün Türkiyədə studiya ayrılacaq. İbrahim Gürkan Sarı, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və qonaqlar Ankaradan yayıma dəstək verəcəklər.
Şəhidlər Xiyabanındakı canlı yayımın qonaqları isə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkili Jalə Əliyeva, şair Məmməd Aslan, Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun və "20 Yanvar" Cəmiyyətinin sədri Sultan Əzimzadə olacaqlar.
3 saat davam edəcək canlı yayımda TRT-nin Bakı Təmsilçiliyinin hazırladığı sənədli filmlər, özəl proqramlar nümayiş olunacaq.
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi