Digər
Məşhur skripkaçı Heydər Əliyev Mərkəzində konsert verəcək
Aprelin 28-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli skripkaçı, 15 "Qremmi" və 4 "Emmi" mükafatı laureatı İtzhak Perlmanın konserti olacaq.
Mərkəzdən verilən məlumata görə, yəhudi əsilli amerikalı musiqiçi Bakı tamaşaçıları qarşısında tanınmış şri-lankalı pianoçu Rohan de Silvanın müşayiəti ilə çıxış edəcək. Klassik musiqi gecəsində dahi bəstəkarlar Lüdviq van Bethovenin, Rixard Ştrausun və Klod Debüssinin ölməz əsərləri təqdim olunacaq.
İ.Perlman 1945-ci ildə İsraildə doğulub, Təl-Əviv Musiqi Akademiyasında, daha sonra ABŞ-ın incəsənət sahəsində ən böyük tədris müəssisələrindən olan Culyard Məktəbində təhsil alıb. 1964-cü ildə Amerikada akademik musiqi ifaçıları arasında keçirilən nüfuzlu Leventrit Müsabiqəsinin qalibi olub və bu, onun gələcək karyerasına əhəmiyyətli təsir göstərib. Virtuoz skripkaçı həmin vaxtdan məşhur orkestrlərlə və solo konsertlərlə dünyanı dolaşır. İndiyədək müxtəlif ölkələrin mötəbər salonlarında, o cümlədən ABŞ-ın Kennedi Mərkəzində, bir neçə dəfə Ağ Evdə çıxış edib.
İ.Perlman həm də dirijorluğu ilə tamaşaçıları heyran edib. Nyu-York Filarmoniyası, Milli Simfonik Orkestr, Filadelfiya Orkestri, Los-Anceles Filarmoniyası, Çikaqo, Boston, San-Fransisko, Sent-Luis, Dallas, Hyuston simfonik orkestrləri və digər kollektivlər onun rəhbərliyi altında konsert proqramları ilə çıxış edib.
İ.Perlman 2005-ci ildə Culyard Məktəbinin 100 illik yubileyi münasibətilə bu təhsil müəssisəsinin fəxri doktoru adına və medala layiq görülüb. O, 1986-cı ildə ABŞ-ın "Azadlıq medalı", 2000-ci ildə isə "Milli incəsənət medalı" ilə təltif olunub.
-
Sosial19:24
Qadınların şəklini çəkib "TikTok"da yayan şəxs SAXLANILDI - FOTO
-
Sosial19:00
Kəmaləddin Heydərov bu xanıma VƏZİFƏ VERDİ - FOTO
-
ABŞ17:46
Tramp prezident olsa, Maskı müşavir edəcək - İDDİA
-
Dünya16:51
Zelenski ABŞ-a yaxın olan məmurları qovdu: Kiyevdə nə baş verir?
-
Sosial16:13
Güclü külək əsəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz15:38
Avropa İttifaqının missiya rəhbəri Qaragölə niyə gəlib?
-
Rəsmi xronika15:13
Prezident fərman imzaladı
-
Nida Xəbər 14:38
Göyçə mahalındakı bu mövqelər Azərbaycana verilir? - Rəsmi açıqlama