Elm və təhsil
Bu I siniflərə qəbul üçün müsahibələr yekunlaşdı
30 may 2024-cü il tarixində dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr yekunlaşıb.
Bu barədə Publika.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Övladının müsahibədəki nəticəsindən narazı qalan valideynlər 3 iyun 2024-cü il tarixinə qədər mektebeqebul.edu.az saytının əlaqə bölməsində "Apellyasiya Komissiyasına müraciət" hissəsini seçərək müraciət edə bilərlər.
Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar sistem tərəfindən avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcəklər. Məktəbəhazırlıq qruplarında təhsil almayan və müsahibədə uğur qazanan uşaqlar üçün həmin bölmə üzrə məktəb və müəllim seçimi isə 12 iyun 2024-cü il tarixində saat 11:00-dan etibarən başlayacaq.
Qeyd edək ki, 12 iyun tarixindən 12 iyul tarixinə qədər Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən bir sıra ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan bölmələri üzrə yalnız üstünlük hüququ əsasında qəbul aparılacaq. 12 iyul 2024-cü il tarixindən 13 sentyabr tarixinə qədər isə sərbəst (prioritetsiz) seçim mümkün olacaq. Valideynlər üstünlük hüququ tətbiq edilən müəssisələrin siyahısı ilə mektebeqebul.edu.az saytında tanış ola bilərlər.
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi








.jpg)



























