Digər
Metropoliten Fransadan müasir vaqonlar alacaq
Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi
səfəri zamanı "Bakı Metropoliteni" QSC ilə Fransanın 3 şirkəti
arasında 5 anlaşma memorandumu imzalanıb.
QSC-dən verilən məlumata görə, "Alstom Transport SA", "BOUYGUES
TRAVAUX PUBLİCS, LLS", "THALES S.A" şirkətləri ilə imzalanan
anlaşma memorandumlarında nəzərdə tutulan işlərin həyata
keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq
edilməsi və 2-3 ay müddətində müvafiq müqavilələrin imzalanması
nəzərdə tutulub.
"Alstom Transport SA" ilə imzalanan memoranduma əsasən, Bakı
Metropoliteninin istər yeni inşa olunan "bənövşəyi", istərsə də
əvvəlki ("yaşıl" və "qırmızı") xətlərində istifadə edilmək üçün
yeni, müasir vaqonların alınması nəzərdə tutulub.
"BOUYGUES TRAVAUX PUBLİCS, LLS" ilə "Bakı Metropoliteni" QSC
arasında imzalanan 2 anlaşma memorandumunun birincisində "28 May"
stansiyasının yenidən qurulması ("qırmızı" və "yaşıl" Xətlərin
ayrılması) işlərinin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, "qırmızı" xətlə ("Həzi Aslanov" - "İçərişəhər"
stansiyaları arası) "yaşıl" xətt ("Dərnəgül" - "Xətai" stansiyaları
arası) "28 May" stansiyasında kəsişir və bu da öz növbəsində, hər
iki xətt üzrə hərəkət edən qatarların sərbəst hərəkət etməsində
müəyyən çətinliklər yaradır. Digər memoranduma görə isə "yaşıl"
xəttin davamı olaraq "Xətai" stansiyası ilə "Həzi Aslanov-2"
stansiyası arasında bir neçə stansiyanın inşası nəzərdə
tutulub.
Növbəti 2 anlaşma memorandumu isə "THALES S.A" şirkəti ilə
imzalanıb. Birinci sənəd Bakı Metropoliteninin texnoloji cəhətdən
gücləndirilməsi istiqamətində əməkdaşlığın əsasını qoymaq məqsədilə
imzalanıb. Belə ki, "bənövşəyi" xətdə ("Avtovağzal", "Memar
Əcəmi-2" st.) inşa olunan stansiyalarda işarəvermə və idarəetmə
sistemlərinin tətbiqi üçün son texnoloji avadanlıqlardan istifadə
edilməsi planlaşdırılır. Həmçinin gələcəkdə inşa olunacaq yeni
stansiyalarda bu sahədə mövcud ən müasir avadanlıqların, işarəvermə
və idarəetmə sistemlərinin tətbiq olunması nəzərdə tutulub. Digər
sənəddə isə təlim və tədris proseslərinin həyata keçirilməsi
nəzərdə tutulub.
Tərəflər bu anlaşma memorandumunu həyata keçirməklə Bakı
Metropoliteninin təlim və tədris imkanlarının inkişaf etdirilməsi
məqsədi ilə əməkdaşlığı gücləndirmək arzusundadırlar. /Trend/
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi