Bakı Metropolitenində yanğın baş verib - YENİLƏNİB (VİDEO)
Bizi izləyin

Digər

Bakı Metropolitenində yanğın baş verib - YENİLƏNİB (VİDEO)

Bu səhər saat 8 radələrində Həzi Aslanov – Dərnəgül xətti ilə hərəkət edən qatarda yanğın baş verib.

Bu səhər saat 8 radələrində Həzi Aslanov – Dərnəgül xətti ilə hərəkət edən qatarda yanğın baş verib.


Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə metronun Koroğlu stansiyasında meydana gəlib.


Hadisə yerinə FHN xilasediciləri və dövlət yanğından mühafizə briqadaları cəlb olunub. Məlumata görə, sərnişinlər stansiyadan təxliyyə olunublar.

Baş vermiş hadisə səbəbindən bir çox stansiyalarda qatarların hərəkətində fasilə yaranıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, tüstülənmə "Neftçilər" stansiyasında da müşahidə olunub.

Hadisə şahidləri bildiriblər ki, Qara Qarayev stansiyasında da qatarın hərəkəti dayandırılıb və maşinist fasilənin təhlükəsizlik qaydalarına riayət etmək üçün yarandığını deyib. Bəzi sərnişinlər isə qatarda yanıq iyi hiss etdiklərini bildirmişdilər.

Bakı Metropolitenin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, "Koroğlu" stansiyasında 08:09 radələrində qatar platformada olarkən qatarın 4-cü vaqonunda tüstülənmə olub. Sərniişinlər evakuasiya olunub. Bu müddətdə hərəkət məhdudlaşdırılıb. 08:30 radələrində qatarların hərəkəti bərpa olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm