Digər
Türkiyədə zəlzələdə xəsarət alanların sayı 300-ə çatdı - VİDEO (YENİLƏNİB)
Türkiyənin Egey dənizi sahillərində zəlzələ baş verib.
Əldə olunan son məlumata görə, zəlzələnin gücü Rixter şkalası ilə 6.7 bal olub.
ABŞ Geoloji Araşdırmalar İnstitutu isə episentri Yunanıstanda olan zəlzələnin 7.2 bal gücündə olduğunu bildirib.
Zəlzələ ən çox İstanbul və ona yaxın rayonlarda hiss olunub.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. /Axar.az
Yenilənmə
Publika.az xəbər verir ki, zəlzələ nəticəsində insanlar panikaya düşüb, iş yerlərini, evlərini tərk edib və binalardan tullanıblar. Nəticədə Şarköydə binadan atlanarkən 5 nəfər yaralanıb.
Zəlzələ Manisa, İzmir, Çanaqqala, Bursa, Antalya, Kütahya,Balıkəsirdə hiss edilib.
Yenilənmə
Zəlzələ nəticəsində xəsarət alanların sayı
300-ə yaxınlaşıb. Bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər
yayıb.
Məlumata görə, zəlzələ Türkiyənin bir çox
bölgələrində hiss olunub. Yeraltı təkanlardan sonra insanlar
özlərini evlərindən bayıra atıblar. Bəziləri pəncərədən atılarkən
yaralanıblar. Bəzi evlər qəzalı vəziyyətə düşüb.
Çanaqqalada təxminən 100, Tekirdağda 15, Ədirnədə
4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Rəsmi məlumata görə, hələki zəlzələ zamanı ölüm
faktı qeydə alınmayıb.
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar