Digər
Aqşin Yeniseyin səhhəti yaxşılaşır - AÇIQLAMA
“Onu da deyim ki, kimsə gələndə evindən nəsə gətirməsin”
Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranmış
şair-publisist Aqşin Yenisey hazırda Gömrük Hospitalında dövlət
hesabına müalicə alır.
Qaraciyər serrozu və sarılıq xəstəliyi diaqnozu qoyulan şairin
hazırkı durumu ilə maraqlanmaq üçün onunla telefon əlaqəsi
yaratdıq.
Səhhətinin irəliyə doğru getdiyini deyən, A.Yenisey hazırda sistem
aldığını bildirdi:
“Yuxudan indi qalxmışam, sistem köçürdürlər. Elə həkimlərin özləri
də vəziyyətimə baxırlar. Müalicə davam edir, heç bir ağrım
yoxdur”.
Gömrük Hospitalından öncə 1 saylı Şəhər Kliniki Xəstəxanasında
müalicə almış, şair burdakı durumdan razı olduğunu dedi:
“Ordakı kimi tövlə deyil. Burda komfort şəraitdir. Televizoru filan
var”.
Yanına gələn ziyarətçilərin onunla görüşməsinə izn
verilib-verilməməsini xəbər aldıqda isə bildirdi ki, ancaq 5
dəqiqəlik icazə var:
“Axşam saat 6-dan 9-a qədər görüşmək olar. O da gələnləri iki
nəfərinə icazə verirlər ki, 5 dəqiqəlik məni görsünlər. Daha sonra
onlar gedir, digər iki nəfər gəlir. Onu da deyim ki, kimsə gələndə
evindən nəsə gətirməsin. Kim nə gətirmişdi, hamsını qardaşıma
verdilər ki, evinə apar, hər şeyimiz var”.
Həyat yoldaşı Turanə Rəsulovanın yaxın zamanda, rəsmi sənəd
işlərini yekunlaşdırıb yeni doğulmuş oğyulları İgidayla birgə
Bakıya gələcəklərini bildirdik də isə bu duruma çox sevindiyini
dedi.
Biz də öz növbəmizdə şairə Allahdan şəfa diləyirik.
/Musavat.com/
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq