Digər
Müasir İncəsənət Muzeyində uşaq yaradıcılıq sərgisi açılıb
Yanvarın 23-də Müasir İncəsənət Muzeyinin (MİM) və
"YARAT" Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə MİM-də
uşaq yaradıcılıq sərgisi açılmışdır.
Açılış mərasimində "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida
Mahmudova muzeyin kollektivinə və sərginin təşkilində əməyi olan
hər kəsə, o cümlədən layihənin rəhbərinə və valideynlərə
təşəkkürünü bildirmişdir. Diqqətə çatdırmışdır ki, ustad
dərslərində iştirak etmək istəyənlərin sayı çoxalmaqdadır:
"Valideynlər bu dərslərlə çox maraqlanırlar. Belə dərslər uşaqların
yaradıcılığının inkişafına öz müsbət təsirini göstərir. Elə uşaqlar
var ki, onların işləri artıq nümayiş edilmiş, elələri isə var ki,
belə mötəbər sərgidə ilk dəfədir iştirak edirlər. Onların hamısına
uğurlar arzulayıram".
"Da'ART" uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva
bildirmişdir ki, bu gün əl işləri nümayiş olunan uşaqlar üçün
əlamətdar gündür və onların yaddaşında həmişəlik qalacaqdır.
Dilarə Atakişiyeva gözəl ideyaya görə "YARAT" Müasir İncəsənət
Məkanının rəhbərinə təşəkkür edərək studiyanın gələcək planlarından
danışmışdır. Bildirmişdir ki, müvafiq layihə davam edəcəkdir. İldə
iki dəfə muzeydə ustad dərslərinin keçirilməsi nəzərdə
tutulmuşdur.
Sərgi üç ay ərzində hər həftənin bazar günlərində MİM-də keçirilmiş
7-13 yaşlı uşaqlar üçün ustad dərslərinin nəticəsi olaraq təqdim
olunur. Ustad dərslərində gənc iştirakçılar peşəkar rəssamların
rəhbərliyi altında yaradıcılıq düşüncəsinin, kompozisiyanın,
yapmanın, kollajın, fotonun və batikanın əsaslarını dərk
etmişlər.
Ustad dərslərində Çingiz Babayev, Mətin Şərifov, Aqşin Kazımov,
Xanlar Əsədullayev, Nadiya Taziyeva, həmçinin "Da'ART" uşaq
yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva və müəllimləri
Nübar Şahbazova, Zina Qasımova da iştirak etmişlər.
Ümumilikdə 150-dək əl işinin nümayiş olunduğu sərgi yanvarın 31-dək
davam edəcəkdir.
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO