Digər
Balaqardaşın toy sərgüzəşti
Şou-bizneslə, musiqi aləmi ilə elə də maraqlanan deyiləm. Mənim sahəm bambaşqadı. Ancaq uzun illər öncə şahidi olduğum bir maraqlı hadisə var ki, indi onun haqqında danışmaq istəyirəm.
2000-ci illərin əvvəllərində şəhərin düz mərkəzində ofisimiz vardı. İşlə əlaqədar yolum daim bulvardan düşürdü. Azadlıq prospekti ilə düşüb “DomSovet”in qarşısından keçəndə hər gün 40-50 adamın yığışıb nəyisə gözlədiyini, ora-bura baxıb boylandıqlarını, söhbət etdiklərini görürdüm.
Bir gün yaxın dostumdan bunların kim olması ilə maraqlandım. Cavab verdi ki, bu toplaşanlar “manıs”lardı, yəni musiqiçilər. Durub “kliyent” gözləyirlər. Toyu, məclisi, banketi olanlar ucuz müğənni dalınca bura gəlirlər.
Üstündən heç bir ay keçməmiş eşitdim, yaxın dostum Bahadur toy edir. Məni də məclisə dəvət edəndə dedi ki, toya xərcim çox çıxıb, pul da azdı, ucuz “muzıkantı” hardan tapaq?
Yadıma bulvardakılar düşdü. Dedim, yerlərini bilirəm, otur maşına, sür düz bulvara.
Bulvara çatar-çatmaz 20-30 nəfər birdən maşına cumdu. Fikirləşdim ki, sən öl, bunlar çox arif adamdı, maşını saxlamamışdan anladılar ki, müştəri gəlib.
Musiqiçilərin arasında yaşlı birisi daha çox canfəşanlıq edirdi. Elə “qruppa”sındakı “manıs”lar da saç-saqqalı ağarmış kişilər idi. Bahadur qulağıma pıçıldadı ki, “qardaş, bunlar qocadı, 3 saat dumbul çalan kimi yorulacaqlar. Gəlsənə cavanlardan seçək.”
Çöx çənə döyəndən sonra cavanlardan ibarət 4 nəfərlik qrupla dil tapdıq. Qrupun rəhbəri müğənni Balaqardaş toyu o vaxtkı pulla 15 “şirvan”a (30 manata) yola verməyə razı oldu.
Nə isə.. Toy günü gəlib çatdı. Əvvəl-əvvəl musiqiçilər yaxşı çalıb-oxudular. Amma bunlara yemək veriləndə baxdım ki, “manıslar” mahnı çala-çala 7 araq şüşəsi boşaltmağa macal tapıblar. Yəni, az pula qane olsalar da, bulud-bulud xörək yeməklə, saysız araq içməklə zəhmət haqlarını kompensasiya ediblər.
Elə vur-çatlasın da toyun axırı başladı. “Bəy tərifi”nin zamanı yetişmişdi. Güclə ayaqda duran Balaqardaş əlinə mikrofon alaraq məclis əhlinə bəyan etdi ki, “indeyski” mahnılar oxuyacaq. Bir anda məclisə sükut çökdü. Hamı intizarla Balaqardaşın “şou”sunu gözləyirdi.
Deyrəm, bu araq insanı nə günə salırmış. Balaqardaş hind mahnılarından ibarət konsertinə “Zita və Gita” filmindəki məşhur mahnı ilə başladı. Əlində çaxır qədəhi, stolun üstü ilə sürünə-sürünə oxuyan müğənni məclis əhli tərəfindən sürəkli alqışlandı. Çəpiklərdən riqqətə gələn Balaqardaş bir-birinin ardınca “İndiqidanna”, “Ay ami disko dansor”, “Cimmi Cimmi , haca haça” kimi populyar hind mahnılarını ifa etdi. Camaatın başı necə qarışmışdısa, heç kim evə getmək istəmirdi. Halbuki saat gecə 12-ni keçmişdi. Elə “Bəy tərifi” də yaddan çıxmışdı.
Onu bilirəm ki, Balaqardaş məclisdən dostlarının çiynində çıxdı. Həm çox oxumaq, həm də çox vurmaq onu əldən salmışdı. Amma gözlərindən xoşbəxtlik yağırdı. Hələ heç yerdə onu bu qədər alqışlamamışdılar.
İlqar Atabəyli
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi