Digər
Mehriban Əliyeva “Euronews”da (VİDEO)
Mərkəzi Fransada olan dünyanın ən nüfuzlu xəbər
kanallarından olan “Euronews”in efirində Azərbaycanın birinci
xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın
kadrları yayımlanıb.
Publika.az-ın xəbərinə görə, kanalın "no comment"
(şərhsiz) buraxılışında vaxtaşırı nümayiş olunan kadrlarda xanım
Mehriban Əliyevanın Fransanın Kann şəhərində keçirilən “Bakı-Avropa
Oyunları - 2015” in təntənəli təqdimatı mərasimində iştirakı əks
olunur.
Səfəri çərçivəsində Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin
meri Devid Lisnardla görüşü də baş tutub.
Qeyd edək ki, tədbirdə Azərbaycanın birinci
xanımı, birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva çıxış edib.
Sonra “Bakı-2015 Avropa oyunlarının” təqdimatına
həsr edilən ziyafət olub. Azərbaycan incəsənət ustaları mərasimdə
konsert proqramı ilə çıxış ediblər.
Daha sonra isə Kann şəhərinin məşhur Kruazett
bulvarında atəşfəşanlıq olub və Azərbaycanın dövlət himni
səslənib.
Atəşfəşanlıq Azərbaycan bəstəkarlarının musiqisi
ilə müşayiət olunub.
-
Sosial19:15
Cəsarət Valehova yeni vəzifə verildi? - YENİLƏNDİ
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı