Digər
Kimlər gəldi, kimlər getdi
Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan .
Arif olan nakam getməz,
Bu dünyadan, bu dünyadan…
Bir sənətkar gəldi bu dünyaya, bu həyatı doya-doya yaşadı, sevə-sevə oxudu, insanların ruhunu öz əsrarəngiz səsi ilə oxşadı… Və günlərin bir günü köçünü çəkib getdi bu dünyadan...
Melomanlar göydə aldılar ki, söhbət unikal səs tembri və ifa mədəniyyəti ilə yaddaşlara həkk olunan Mirzə Babayevdən gedir. Bu gün böyük sənətkarın doğum günüdür. Sağ olsaydı, xarakterinə uyğun haylı-küylü bir məclis düzənləyib, hamını o məclisə yığacaqdı, xəlvəti gözəllərə göz vurub şirin-şirin zarafatlaşacaqdı. Ən gözəl hitlərini oxuyacaqdı. Ən gözəl deyəndə ki, onun oxuduğu hər bir mahnı gözəl idi və elə sağlığında da hitə çevrilmişdi.
Bu doğum günündə Mirzə Babayev hər kəsi başına yığmasa da, biz onun musiqisini dinləmək üçün bir araya yığışmışıq. Publika.az-ın redaksiyasında bu gün Mirzə Babayev günü elan etmişik. Səhər işə gələndən redaktorumuz Əziz onun musiqilərini oxutmaqdadır. Bu musiqilər bizə yayın istisini də unutdurur, problemlərimizi də…
Deyirəm, Allah sənə rəhmət eləsin, ay sənətkar! Bir bilsən, musiqi aləmində, səhnəmizdə, hər yerdə yerin necə görünür. Lətifəsi sizdən uzaq, at ölüb, itlərin bayramıdır. Sənət aləmi bayağı müğənnilərlə doludur. Reklam naminə dedi-qodu, qalmaqal yaradan müğənniciklərin sayı-hesabı yoxdur. Hansı telekanalı açırsan, hansı məclisə gedirsən gözümüzə girirlər. Gözümüz bir yana e, ruhumuza soxulub zövqümüzü tar-mar etməklə məşğuldurlar. Yaxşı ki, sizin kimi sənətkar zamanında var olub, elə indi də var. Kimsə kefimizə soğan doğrayıb, ovqatımızı təlx edəndə həzin səsiniz ruhumuza su çiləyir, musiqilərinizi dinləyirik, dincəlirik. Əslində, bu gün də varsınız, səsiniz gəlir. İnanmırsınız? Onda qulaq asın:
Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu ruzigar,
Hünər göstər, bir şey apar,
Bu dünyadan, bu dünyadan.
Zeynal gəzər el-obanı,
Gözəllərdir dini-imanı,
Bir gün çəkər söz karvanın
Bu dünyadan, bu dünyadan...
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO