Digər
Xətaidə törədilmiş qətllə bağlı RƏSMİ AÇIQLAMA

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabrın 28-də saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Abdullayev Orxan Yasin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla Kərimov Elşad Fariz oğlu, Süleymanov Anar Əhliman oğlu və Cəbrayılzadə Ömər Şahin oğluna çoxsaylı bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb. E.Kərimovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən O.Abdullayev tutularaq istintaqa cəlb olunub, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Hazırda iş üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

-
ABŞ22:24
Rubio sülhdən DANIŞDI - “Gözləyirik ki, Bakı və İrəvan…”
-
Qoroskop21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ
-
İdman19:24
Dəhşətli faciənin ilk təfərrüatı - Futbolçu qardaşların yanaraq öldüyü qəza necə baş verib?
-
Dünya17:58
Dünyanın ən toxunulmaz əraziləri: Göydən də qorunur, üzərindən uçuş qadağandır - FOTOLAR
-
Rəsmi xronika17:05
İlham Əliyev 2 fərman imzaladı
-
Maraq dünyası16:07
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
-
Sosial14:53
Əli Əsədov yeni qərar imzaladı