Digər
“Lukoil” büdcəsində neftin qiymətini 70 dollardan hesabladı
“Lukoil” şirkəti 2015-ci ilin büdcəsini pessimist ssenariya əsaslanaraq neftin bir barelinin qiymətini 70 dollardan hesablayıb.
Publika.az xəbər verir ki, bu barədə “Lukoil” prezidenti Vahid Ələkbərovun özü bildirib. O qeyd edib ki, şirkətin büdcəsi iki variantda tərtib edilib. Optimist ssenariyə görə neftin bir barelinin orta qiyməti 2015-ci ildə 80 dollar olacaq: ”Biz ümid edirik ki, 80 dollar ssenarisində şirkətin 1 milyard dollar məbləğində sərbəst pul vəsaiti olacaq”.
Optimallaşdırma çərçivəsində şirkət neft hasilatına təsir etməyən infrastruktur layihələrinə sərmayəni azaltmağı, xaricdə geoloji kəşfiyyatı məhdudlaşdırmağı və Qərbi Sibirdə qazmanı azaltmağı planlaşdırır. Ümimilikdə “Lukoil” şirkətinin 2015-ci ildə sərmayələri 2 milyard dollar azalaraq, 14 milyard dollar təşkil edəcək. Bununla belə, şirkət 2015-ci ildə Rusiyada 85 milyon ton, xaricdə isə 17 milyon ton neft hasil etməyi planlaşdırır.
Bundan əlavə “Lukoil” 2015-ci ildə İraqda Qərbi Kurna-2 yatağında işlər üçün 5 milyard dollar həcmində kompensasiya almağı planlaşdırır.
İqtisadiyyat şöbəsi
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ