Digər
Sənaye məhsullarının istehsalçı qiymətləri düşüb
Noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 8,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 9,1 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 2,8 faiz ucuzlaşıb.
Publika.az xəbər verir ki, 2014-cü ilin noyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 9,1 faiz, metal filizlərinin hasilatı üzrə 0,9 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində isə 4,6 faiz ucuzlaşma müşahidə olunub.
Noyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kompüter, elektron və optik məhsulların istehsalı üzrə 9,9 faiz, metallurgiya sənayesi üzrə 4,5 faiz, neft məhsullarının istehsalı üzrə 4,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 2,4 faiz, toxuculuq sənayesi üzrə 2,1 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,5 faiz, kimya sənayesi və rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3 faiz, içki istehsalı və geyim istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə edilməyib.
İqtisadiyyat şöbəsi
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq