Digər
Qadın ərinə niyə xəyanət edir? - ARAŞDIRMA
Publika.Az-ın məlumatına görə, İngiltərədə evlilik bürolarından birinin apardığı araşdırma zamanı 3000 qadının 20 faizi ərlərini aldatdığını etiraf edib.
Bu rəqəmlər əsasında "Askmen" adlı sayt qadınların kişiləri nəyə görə aldatmasının səbəblərini araşdırıb.
Ekspertlər qadınların aldatma səbəblərinin önündə intiqam hissinin dayandığını bildiriblər. Qadın istəməsə belə, onu aldadan ərinə eyni hissləri yaşatmaq üçün ona xəyanət edir.
Cinsi münasibətlər üzrə ekspert Rut Hyuston bildirib ki, qadınların ərləri ilə problemləri olanda öncə bunu danışmaq istəyirlər:
"Kişi qadını saymayıb, problemini görmürsə, o zaman qadın çıxış yolu olaraq ərini aldadır. Əgər kişi yetərincə özünə yaxşı baxmırsa, qadının istəklərinə önəm vermirsə, qadın fiziki olaraq başqa bir kişini öz həyatına qata bilər".
Sekspatoloqlar heç vaxt mübahisə etməyən cütlüklərin bir-birini aldatma nisbətinin, mübahisə edənlərlə müqayisədə daha çox olduğunu bildirirlər.
Araşdırma zamanı məlum olub ki, 20-30 yaşları arasında qadınlar seks həyatlarında boşluq hiss etdikləri zaman fərqli axtarışlara baş vururlar. Qadınlar ərləri ilə cinsi münasibətlərin bitdiyini hiss edirsə və qarşılarına eyni "aclığa" sahib olan bir kişi çıxırsa, ərlərini aldada bilirlər.
Anar
Publika.Az
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq