“Türk axını” ilə bağlı işlər davam edir
Bizi izləyin

Digər

“Türk axını” ilə bağlı işlər davam edir

Enerji və Təbii Qaynaqlar Naziri Taner Yıldız “Cənub Axını”nın ləğv olunmasından sonra yeni xətlə əlaqədar işlərin davam etdiyini bildirib.

Publika.az xəbər verir ki, nazir: "Türkiyə nə AB üzvü ölkə olmaqla apardığı işlərdən imtina edir, nə də Rusiya kimi əhəmiyyətli qonşu ilə əlaqələrdən".

Qeyd edək ki, ”Cənub Axını”nın dayandırılması, Türkiyə ilə Rusiya arasından yeni xəttin çəkilməsi müzakirələrə yol açıb: “Türkiyənin AB-ni, yoxsa Rusiyanı seçəcəyi müzakirə mövzusudur. “Cənub Axın” proyektinin ortağı Türkiyə deyildi. “Cənub Axını”nın ortaqları AB üzvü olan üç ölkə idi. Bu layihənin reallaşdırılıb - reallaşdırılmayacağı əvvəldən də danışılırdı”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm