Digər
SOCAR və BP arasında Hasilatın Pay Bölgüsü sazişi imzalanıb
Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənmə haqqında Hasilatın Pay Bölgüsü sazişi (HPBS) imzalanıb.
Publika.az xəbər verir ki, yeni saziş Azərbaycan Hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir. Sazişi Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıb.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib: “BP ilə
tərəfdaşlığımızı daha da dərinləşdirəcək bu yeni sazişin
imzalanması iştirakçı tərəflər - Azərbaycan hökuməti, SOCAR və BP
üçün əlamətdar hadisədir. Bununla əməkdaşlığımızın yeni mərhələsi
başlanır. Bu mərhələ bizə imkan verəcək ki, yeni imkanlar aramaqla
Azərbaycanda neft və qaz hasilatına uzunmüddətli gələcək təmin
etmək üçün birgə işləyək. Bu yeni imkan Azərbaycanda neft
hasilatının bundan sonra da on illərlə davam etməsinə töhfə
verəcək.”
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Qordon Birrell deyib: “BP şirkəti SOCAR ilə birlikdə
Xəzərdə geoloji kəşfiyyat işlərinin bu yeni mərhələsinə qədəm
qoymaqdan qürur duyur. Bu, tərəfdaşlığımızda yeni bir dövrün
başlanğıcıdır. Bu yeni tərəfdaşlıq BP-nin dünyanın digər yerlərində
dayazsulu ərazilərdə məsuliyyətli şəkildə geoloji kəşfiyyat
işlərinin aparılması və həmin ərazilərin işlənməsi üzrə geniş
təcrübəsinə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyaların
istifadəsi sahəsində səriştəsinə əsaslanır. Bizim təcrübə və
texnologiyalarımızın tətbiqinə daha bir imkan yaratdığına görə
Azərbaycan hökumətinə və SOCAR-a təşəkkürümüzü bildiririk.”
Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru
Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahəyə suyun
dərinliyi 40 metrədək, potensial məhsuldar layın (kollektorun)
dərinliyi isə 3000-5000 metr olan ərazilər daxildir.
İqtisadiyyat şöbəsi
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi